Pol Qobl: "Rusiya Azərbaycan əleyhinə müharibəyə girsə, Azərbaycanı itirər"
Ermənistanda yenidən müharibənin başlayacağı barədə şayiələr yayılır.
İctimai fəal İşxan Verdiyan "Azadlıq" radiosuna deyib ki, belə xəbərləri cəmiyyətə məqsədli şəkildə ötürürlər: “Vəziyyət belədir ki, xalqı müharibəyə hazırlayırlar, deyirlər ki, yenə nəsə böyük bir hadisə başlayacaq. Məncə, bu, cəfəngiyyatdır. Belə bir şeyin baş verməsi qeyri-mümkündür. Dəqiq bildiyim budur ki, Ermənistanda heç kim müharibə istəmir. Məncə hətta keçirilən hərbi təlimlər də xalqı sakitləşdirməyə yönəlib”.
Vaşinqtonda siyasi şərhçi Pol Qobl deyir ki, indi tərəflər arasında gərginlik iki ay əvvəl olduğundan daha çoxdur.O hesab edir ki, Ermənistanda və Rusiyada bəzi qüvvələr istəmir ki, Naxçıvan dəhlizi çəkilsin və onlar prosesi uzadırlar: “Əgər Ermənistan bu öhdəliyinə əməl etməkdən imtina etsə, bu halda məncə, hərbi münaqişə alovlana bilər. Azərbaycan ordusu Xankəndinə çox yaxındır. Azərbaycan bütün işğal olunmuş ərazisini geri qaytara bilər. Bunu etmək çətin də deyil. Rusiyanın sülhməramlılarının sayı o qədər də çox deyil. Öz sülhməramlılarının sayını artırmaq isə Rusiyanın irimiqyaslı müdaxiləsi demək olar. Bunu isə məncə, Rusiya etmək istəmir”.

Pol Qobl əlavə edir ki, Rusiyanın irimiqyaslı müharibə ilə bağlı mövqeyi də birmənalı deyil - bir tərəfdən yeni müharibə Krımda olduğu kimi prezident Vladimir Putinin ölkə daxilində nüfuzunu qaldıra bilər, digər tərəfdən isə Rusiyanın dünya qarşısında sülhməramlı imicini saxlamaq kimi strateji marağı var: “Ümid edirəm ki, Rusiyanın strateji maraqları önə çəkiləcək. Rusiya Azərbaycan əleyhinə müharibəyə girsə, Azərbaycanı itirər. Odur ki, rəsmi Moskva bunda tərəddüd edəcək. Bununla belə kiçikmiqyaslı toqquşmaların böyük müharibəyə çevrilməsi də istisna deyil. Bu o halda baş verəcək ki, hər üç tərəf bir-birinin əslində nə etmək istəməsi barədə qeyri-əmin və şübhəli qalacaq və bu ölkələrin liderləri öz xarici siyasətlərini maksimum güclənmək üçün istifadə edəcək”.
Xatırladaq ki, Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında keçən il noyabrın 10-da imzalanmış atəşkəs bəyanatı ilə Qarabağda 44 günlük müharibə dayanıb.
Azərbaycan 90-cı illərin əvvəlində nəzarəti itirdiyi torpaqların çox hissəsini qaytarıb, amma keçmiş Dağlıq Qarabağ vilayətinin bir hissəsinə Rusiya sülhməramlıları nəzarət edir.
"AzPolitika.info"

Şərhlər
Ele shey ola bilmez, bize boyukler dedi ki muharibe gurtarib ve bundan daha danishmag olmaz!!
Cənab Pol Qobl, daşnaqlar və onlara qarşılıqlı siyasi-hərbi xidmət edən Kreml tarixən Azərbaycan-Türkiyə, Azərbaycan-Naxçıvan yol xətlərinin əleyhinə olub? Qarabağ münaqişəsi də həmin yersiz iddianın törəməsidir? Təəssüf ki, dünyəvi ABŞ, "demokrat"Avropa və NATO da BMT kimi otuz ildə Azərbaycanı həmin hərbi terror işğalından müdafiəyə cəhd belə etmədi?
SİZİ hansı xalq vəkil edib? Vassal imzası olmadan iişğalçının HƏRBİ MÜTTƏFİQi özünü sülhməramlı elan edə bilməzdi.
Xalq düz söyləyir,umud yerimiz yalnız Türkiyədir,təcili olaraq Türkiyə ilə hərbi ittifaqın bütün çalarlarını imzalamaqla yanaşı,Türk əsgərini Qarabağa gətirmək lazımdır,yalnız bundan sonra rus yerini bilər,birdə bizim mifimizdə ideyamızda yalnız Türançılıq olmalıdır,yalnız bu ideya bizi bir millət və dövlət kimi qoruyub saxlaya bilər.
Ne qeder ki, rus ordadi , Qarabaq tam azad olunmayib!!! Bu veziyyete qetirib cixardan , ele rusdu !!! 2 esrdi bu rusdar qanimizi icirler, biz ise helede ayilmamishuq!
İNŞALLAH rus köpəklərini və erməni dığalarını nəinki XANKƏNDƏN ,bütün QAFQAZDAN iti qovan kimi qovacağıq.Onların hökumətdəki zir- zibillərini isə cəhənnəmə vasil edəcəyik. Lap az qalıb.
İNŞALLAH rus köpəklərini və erməni dığalarını nəinki XANKƏNDƏN ,bütün QAFQAZDAN iti qovan kimi qovacağıq.Onların hökumətdəki zir- zibillərini isə cəhənnəmə vasil edəcəyik. Lap az qalıb.
aye,tecili caqirin rewadet ordenli genwtaf,qoxum neccmedin sadiqovu,muharibe bawlayer
Nə qədər ki, ermənistanla sülh müqaviləsi imzalanmayıb müharibənin qurtarmasını demək tezdir!
ruslar Xankəndində özləri üçün platsdarm yaradıblar. İstənilən x vaxtı Qarabağı alıb erməniyə verə bilər. Bizim qurtuluşumuz məncə Qarabağda Türk hərbi bazaları yaradılmasındadır! Başqa yolumuz yoxdur!
Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir və erməninin əliylə bizə qarşı torba tikir...
Hələ də sülh müqaviləsinin imzalanmaması müeharibənin qurtarmasını əngəlləyir.Putin növbəti müharibə üçün Azərbaycan ərazisi ilə Xankəndi və ermənistanı kifayyət qəıdər silah-sursatla təmin etdi.Rusiyanın vasitəçiliyi ilə hansısa müharibənin sona yetməsi tarixə məlum deyil.Bizim ümid yerimiz ancaq Türkiyədir.Seperatçı kürdlərin Rusiya və ermənistanla gizli görüşləri də xeyrimizə deyil.....