“Novruz bayramı gəlir və tətillərdən əvvəl sonuncu dərs günüdür. Növbəti 9 gün ərzindəki dinamika məktəblərin fəaliyyətini şərtləndirən amil olacaq”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, vətəndaşların bayram günlərində davranışı məsələni həll edə bilər: “Məktəblər bağlı, təmaslar az olacaq. Daha ehtiyatla davransaq, yoluxma sayı aşağı düşəcək. Bu da məktəblərin açıq olmasına zəmin yaradacaq”.
“Bu günədək 40 mindən artıq təhsil işçisi vaksinasiya olunub. Onların heç birində hər hansı problem yaranmayıb” - deyə, Emin Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, bəzən insanlar elmi sübutu olan məlumatlara deyil, şayiələrə inanırlar: “Sevindirici haldır ki, müəllimlərimiz elmə inanırlar”.
E.Əmrullayev mətbuatda məktəblərin bağlanma xəbərinin insanlarda yalnış fikir yaratmamasını istəyib: “Nəzərə alsaq ki, ölkədə 4 000-dən çox məktəb var, onlardan cəmi 10 % məktəb distant tədrisə keçir, 90 %-i isə fəaliyyətini davam etdirir”.


Şərhlər
Sehiyye sistemi islemeyen,nezaretsiz olkede insanlsrin xestelemmesi,olmeso tebiidir....