Menu

"ABŞ Rusiya ilə münasibətlərdə təkcə sanksiyalara güvənmək niyyətində deyil" - Ağ Ev rəsmisi

19.03.2021, 09:03
"ABŞ Rusiya ilə münasibətlərdə təkcə sanksiyalara güvənmək niyyətində deyil" - Ağ Ev rəsmisi

Birləşmiş Ştatlar Rusiya ilə sonrakı münasibətləri qurmaq üçün yalnız sanksiyalara güvənmək niyyətində deyil, Amerika prezidentinin bunun üçün tam “alətlər dəsti” var.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Düşünmürəm ki, istisna olaraq yalnızca sanksiyalara güvənəcəyik. Həqiqətən düşünürük ki, onlar təsirli bir vasitədir... Bununla belə, bildiyiniz kimi, istənilən prezidentin ixtiyarında görünən və görünməyən bir sıra alətlər var. Hazırda hansı variantların nəzərdən keçirildiyini istəməzdim əvvəlcədən açıqlayım”, - Cen Psaki gündəlik brifinq zamanı belə deyib.

Şərhlər

Veteran 2021-03-20 21:51:20

Çox yaxşı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol