Menu

Türkiyədə 2 azərbaycanlı həbs olundu

17.10.2014, 09:02
Türkiyədə 2 azərbaycanlı həbs olundu

Şübhəli şəxslərin qanunsuz yolla Yunanıstana miqrant apardığı aşkarlanıb

Türkiyədə qanunsuz yollarla Yunanıstana keçməyə çalışna 79 miqrant və onların işini təşkilı edən 2 azərbaycanlı polis tərəfindən saxlanılıb.

Hadisə Muğla vilayətinin Datça rayonunda baş verib.

Məlumata görə, bu gecə Marmaris Sahil Təhlükəsizlik Qrupu Komandanlığına daxil olan məlumat istiqamətində əməliyyat keçirilib. Palamutbükü buxtası, Divanburnu mövqeyində keçirilən əməliyyatda sahil polisi “İdea 1” adlı gəmiyə “Dayan!” əmri verib.

Axtarışlar zamanı gəmidə qeyri-qanuni yollarla Yunanıstana getməyə çalşan Suriya, İraq və Birmadan olan 79 əcnəbi ələ keçirilib.

Bundan başqa qaçaq miqrantların qanunsuz işini təşkil edən azərbaycanlılar Quliyev Telman Mamed oğlu və Hüseynov Rahil İbiş oğlu polis tərəfindən saxlanılıb.

Saxlanılan qaçaqlar və təşkilatçılar Datça Jandarm İdarəsinə aparılıb. /Trthaber

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol