Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Novruz bayramı ərəfəsində Siyəzən və Şabran rayonlarında Şəhid ailələrini ziyarət edib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkədəki hesabında bildirib.
"Siyəzən və Şabran rayonlarının icra başçıları Novruz Novruzov, Asif Hüseynov, dostlarımız - Dövlət Gömrük Akademiyasının nümayəndələri Azər Seyidov və Yunis İsmayılovla birlikdə şəhid ailələrinin ziyarətinə getdik. Şəhid qardaşlarımızın uşaqlığı, gəncliyi və keçdiyi döyüş yollarını valideyinləri ilə birgə xatırladıq. Eyni zamanda ailələrin qayğıları ilə maraqlandıq və işsizlik və məişət zəmində qaldırılan bir neçə problem elə yerindəcə həll olundu" - deyə, Sadiq Qurbanov yazıb.
Bundan başqa, millət vəkili adıçəkilən rayonlarda qazilərin, müharibə iştirakçılarının, habelə aztəminatlı ailələrin qonağı olub, bayram sovqatlarını çatdırıb, onların qayğılarını dinləyib.
"AzPolitika.info"


Şərhlər