Menu

Bayram günlərində ictimai nəqliyyat işləməyəcək

19.03.2021, 16:01
Bayram günlərində ictimai nəqliyyat işləməyəcək

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən martın 20-si saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan əlavə Nazirlər Kabineti Azərbaycanda aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

  • 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
  • 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
  • 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
  • 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
  • 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
  • 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
  • 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
  • 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
  • 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Şərhlər

Kasıb 2021-03-19 16:23:51

Kasıblara qarşı bir qəsddir bu. 200-300 MİNLİK MAŞINLARDA OXRANA İLƏ GƏZƏN NƏ HƏLƏYİR kasıb milləti

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol