Menu

Azərbaycanda daha 5 siyasi partiya ofislə təmin olunub

19.03.2021, 19:06
Azərbaycanda daha 5 siyasi partiya ofislə təmin olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti, siyasi plüralizm ənənələri formalaşır. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti iqtidar-müxalifət dialoqunun fəal iştirakçılarıdır.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib kİ, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

Martın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasıın nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Şərhlər

ELSAD 2021-03-20 04:13:56

Bizim yazdiqlarimizi nedense AZPOLITIKA cap elemir.Nedi,senzuradan kecmir,niye...

ELSAD 2021-03-20 04:06:00

Oturmaqa ofis var,dovletden para gelir, bir de cay veren bir katibe olsa dort-dortluk yawayiw temin olunur...Vay be,arkadaw...

ejder 2021-03-20 03:49:37

ha ha ha malades,yaxwi guldum ,aye,aydinlar partiyasi.o.m..mux.ejder partiyasi canialifet,,mollazade var ya onuda yaddan cixarmayin,onlarin uzflarin sayi ,,n,,qederdir,yeni bir ozleridi....

t.ədalət 2021-03-19 20:38:16

Bir ölkənin siyasi partiyalardan ötə düşməni ola bilərmi?

musik 2021-03-19 19:38:05

Tahir Kərimlinin bir kepkası .bir papkası. bir də yeni üzvü olan bir maskası var.vəssalamı var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol