Menu

Vitse-prezidentin oğlu kokainə görə ordudan qovuldu

17.10.2014, 09:15
Vitse-prezidentin oğlu kokainə görə ordudan qovuldu

ABŞ vitse-prezidenti Co Baydenin oğlu kokaindən istifadə etdiyinə görə Hərbi-Dəniz Qüvvələrində (HDQ) ehtiyatda xidmətdən xaric edilib.

Bu barədə "Wall Street Journal" nəşri yazıb. Məlumata görə, ixtisasca hüquqşünas olan 44 yaşlı Xanter Bayden Hərbi-Dəniz Qüvvələrində ehtiyata 2013-cü ilin mayın 7-də ensin rütbəsində (ABŞ hərbi donanmasında ən kiçik zabit rütbəsi) götürülüb.

O, Virginiya ştatının Norfolk şəhərində Hərbi-Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsinə təyinat alıb. Xanter Bayden xidməti yerinə gəldikdə narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyən edən standart testdən keçirilib. Testin nəticələrinə əsasən onun qanında kokain aşkarlanıb.

Xanter Bayden ötən gün çıxışında donanmada xidmət onun üçün böyük şərəf olduğunu və Hərbi-Dəniz Qüvvələrindən xaric edilməsinə təəssüf hissi keçirdiyini bildirib (APA).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol