Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.
“Interfax” xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.
Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq: “Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.
N.Paşinyan onu da xüsusi vurğulayıb ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hazırda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil.
Baş nazir, həmçinin Ermənistanda vətəndaş qarşıdurmalarının qarşısını aldığını bildirərək, hazırkı daxili siyasətdən söz açıb. O, iqtidara kimin gələcəyinə yalnız xalqın qərar verə biləcəyini söyləyib.
Bundan əlavə, Paşinyan ölkədən qaçmayacağını bəyan edib."Əgər xain olsaydım, çantalarımı yığıb qaçardım. Bir çox cəhətdən hökumətimizi günahlandırmaq olar, amma bu məsələlərə görə yox", - deyə baş nazir bildirib.
Xatırladaq ki, Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiyaların açılması Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 10-da qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatında nəzərdə tutulub. Erməni cəmiyyətində bu Qərarın xeyri və ya ziyanı barədə yekdil fikir yoxdur.

Şərhlər
10 noyabr razılaşmasından sonra Sarksyan və Koçaryan köpəkləririnin xalqı Paşinyana qarşı körükləmək üçün meydanlara seslələrimələri və Ermənistanda gerizəkalı kütlənin də ilk günlər onların səsinə səs verməyə başlayanda, hələ o zaman demişdim ki, kütləni meydanlarda soyuq qış ayazı vurduqca ayazıyacaqlar və ayazıdıqca da Paşinyana haq veəcəklər. Ki, əslində Paşik dolayısı ilə onları 33 illik Qarabağ fəlakətindən, ermənilərin bu 33 ildə çəkdikləri məhrumiyyətlərdən xilas edir. İndi Paşiki Ermənistandan çox, Azərbaycanda daha yaxşı anlayırlar. Çünki, Paşik torpaqlaraı başqa yolla qaytara bilməzdi. Onda , ermənilər onu daha çox vətən xaini adlandıracaqdılar, bəlkə də yandıracaqdılar. Yadınızdadırsa, Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarının birində dedi ki, " Paşinyan hakimiyyətə gələndə mənə iki il vaxt ver demişdi". Sonda da Paşinyan torpaqların qaytarılmasının müharibədən başqa yolu qalmadığı üçün, başladı Azərbaycanın damarından basmağa ki, kişisiniz gəlin torpaqlarınız alın və bu da baş verdi. Bununla da Paşinyan dəmir yumuruğu yesə də, itgi versə də, əslində müvəqqəti də olsa ermənistanı xilas etdi. Odur ki də Paşinyanın o son görüşdə səsləndirdiyi fikirlər "“Anlamalıyıq ki, Rusiya Ermənistanın dostu və strateji müttəfiqidir, amma Azərbaycanın düşməni deyil. Və bu müttəfiqlik öhdəliklərinin müəyyən bir çərçivəyə sahib olduğunu başa düşməliyik” anlaşılandır və umarıq ermənilər də bunu anlarlar. Bütün bunlardan dolayı da, elə bilirəm, ermənilər son seçimlərində Paşinyanın üzərində durarlar. Çünki sanıram ki, indiki halda Paşinyan həm Ermənistan, həm Azərbaycan və həm də ətraf dövlətlər üçün məqbul bir namizəddir. İnşallah zaman keçdikcə o imzaladığı sazişin bütün bəndlərinə əməl edib sonda son sülh sazişinə öz imzasını qoyacaqdır. Çünki, başqa yolu da yoxdur. Əks halda ənsədində dəmir yumuruğu yenə hiss edəcək. Amma bu yumuruq da o yumuruqdan olmayacaq. Yəni öldürücü zərbə olacaq.
İnşallah yeni seçgilərdə də Paşinyan qalib gələr və Azərbaycanla və qonşu dövlətlərlə əlaqələrə töhfə verər. Hadisələrin ilk günündən deyirdim ki, Paşinyana qarşı iravan küçələrində etiraza təhrik edilən erməniləri qış ayazı vurduqca ayazıyacaqlar və sonda Paşinyana hak verəcəklər.
Hede((( biz mecburuq qonshu kimi diqalarnan yadhamaqa((((
əgər erməni qərara gələ bilmirsə bu onun faciəsidir.
Erməni ilə ancaq düşmən qanı olanlar barışacaqlar. dOST DA OLACAQLAR EVLƏNƏCƏKLƏR DƏ.
Düşmən? Cavan qoca uşaq qadınlarımızın qanını içən düşmən? Biz necə millətik? YADDAN ÇIXDIMI?
nəhayət ki, ermənilər ağıllarını işə saldılar!
Ağıllı adamdır.