Menu

BU GÜN YOLUXMA SAYI NİSBƏTƏN AZALIB - Günün koronavirus statistikası

21.03.2021, 16:58
BU GÜN YOLUXMA SAYI NİSBƏTƏN AZALIB - Günün koronavirus statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına daha 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

Ölkədə son sutka ərzində 8 386 , hazırkı dövrədək isə 2 776 535 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol