Menu

Prezidentliyə namizəd seçkilərdən bir gün sonra ölüb

22.03.2021, 09:46
Prezidentliyə namizəd seçkilərdən bir gün sonra ölüb

Ötən gün Konqo Respublikasında keçirilən prezident seçkilərində namizəd olan Gi-Bris Parfe Kolela gecə dünyasını dəyişib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun seçki kampaniyasının direktoru açıqlayıb.

Məlumata görə, siyasətçinin ölümünə səbəb COVID-19 olub. O hələ seçkilər ərəfəsində xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, martın 21-də Konqoda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. Baş namizəd hazırkı prezident 77 yaşlı Deni Sassu-Nqesso olub. O 1979-cu ildən bəri ölkəyə başçılıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol