Menu

GENERAL-MAYOR KORPUS KOMANDİRİ TƏYİN OLUNDU - FOTO

22.03.2021, 12:30
GENERAL-MAYOR KORPUS KOMANDİRİ TƏYİN OLUNDU - FOTO

General-mayor Rzayev Mübariz Balağa oğlu Şəmkir korpusuna komandir təyin edilib.  Gununsesi.info bildirir ki, müharibə vaxtı general-mayor Xəqani Cəbrayılov vəzifədən kənarlaşdırılandan sonra korpusa bir müddət general-leytenant Nizam Osmanov, general-mayor Azər Əliyev, general-mayor Ənvər Əfəndiyev və son günlərdə Polkovnik Sarı Xəlilov rəhbərlik edib.

Qeyd edək ki, Mübariz Rzayev müxtəlif vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə,Hərbi xidmətlərə görə” medalı ilə, “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin Azərbaycanın Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Zəngilanın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərhlər

Rəşad 2021-03-24 19:40:08

Eşq olsun halal zəhməti ilə, qəhrəmanlığı ilə ucalan Azərbaycan oğullarına!

Valeh Məmmədov 2021-03-23 14:09:48

Təbrik edirəm ! Uğurlar olsun ! İnşallah hərbimiz üçün düşərli təyinat olar !

Xalq 2021-03-22 17:10:03

Təbrik edirik!

t.ədalət 2021-03-22 14:49:56

Mübariz Rzayevin atası Balağa Rzayev də Qarabağ savaşının iştirakçısı idi.Polkovnik idi.Döyüş bölgələrindəki qəhrəmanlardan idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol