Menu

Rusiyada ötən gün 361 nəfər pandemiyanın qurbanı olub

22.03.2021, 12:38
Rusiyada ötən gün 361 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 9 284nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 466 153nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 361 nəfər artaraq 95391-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 077 185nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol