Menu

NƏCMƏDDİN SADIKOV ŞAYİƏLƏRƏ VİDEO İLƏ CAVAB VERDİ – Dubayda kefdədir?... (+VİDEO)

22.03.2021, 18:59
NƏCMƏDDİN SADIKOV ŞAYİƏLƏRƏ VİDEO İLƏ CAVAB VERDİ – Dubayda kefdədir?... (+VİDEO)

Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan Nəcməddin Sadıkovun Dubayda çimərlikdə çəkilmiş videogörüntüləri yayılıb.

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan və müzakirə olunan görüntülərin bugünlərdə çəkildiyi iddia olunub. Lakin ilkin mənbə məlum olmadığından bu iddianın nə dərəcədə həqiqətə uyğun olduğu mübahisəlidir. 

General-polkovnik Nəcməddin Sadıkov vəzifəsindən uzaqlaşdırılandan sonra onun barəsində çoxsaylı şayiələr yayılmışdı. Hətta müharibənin gedişi zamanı Sadıkovun saxlanıldığı, evlərində axtarış aparıldığı da bildirilirdi.

Azərbaycan Müdafiə Nazirliyi bu şayiələrə “Nəcməddin Sadıkov hazırda xidmətdə deyil” məzmunlu qısa açıqlama ilə gecikmiş münasibət bildirmişdi.

Lakin nə vaxt çəkilməsindən asılı olmayaraq, bu gün sosial şəbəkələrdə yayılan görüntüləri N.Sadıkovun özünün bu söz-söhbətlərə cavabı kimi də qəbul etmək olar. Belə ki, diqqətlə baxdıqda, onun çəkiliş aparılmasından xəbərdar olduğu təəssüratı yaranır.

Rasim ƏLİYEV

“AzPolitika.info”


Şərhlər

azəri 2021-03-23 16:24:08

Bir sözlə bu adam utanmır.vicdanı yoxdur.Özü qəsdən bu çəkilişləri mediaya sızdırıb ki baxın partlayın.Ə....Beləsi ermənidən betərdir....

t.ədalət 2021-03-23 10:56:54

Nacmuddin Sadıkovun anti-Azərbaycan mövqeyindən hamı xəbərdar idi.

Mehdi 2021-03-23 02:07:05

Video təzə olsada,köhne olsada nə fərqi var imis görəsən .Onsuzda o bu xalqin ermənidən də pis dusmənidirdə.28 ildir ermənilərə isleyir. Ördunun butun olanini talan edib,az qalirdi ordunu məhv elesin.Ayri nə etmeliydiki bezi adamlar ayilsin.

.EJDER 2021-03-23 01:35:30

aye ,bu satqin generalla qalib gelmek olar ,ya yox.otuz ile yaxin bu eyrivicdan MN-nin,,beyni,,oluf,kul bunun kimi qohumun bawina.ne gundeyik ,malades kewa,tak derwat ,ti znayew chto

Veteran 2021-03-22 23:13:03

Bu .... komandasının üzvülərinə oxşayır.Az qalıb bidirçinin bəyliyi xırmanda dən qurtarana kimidir. Sənin o bircə tumanınıda çıxaracaqlar.

Mehdi 2021-03-22 22:18:09

O pis yola duşmuş qadinlar kimi poza verir.gah dalini gösterir,gah sinesini.

Millət 2021-03-22 22:06:49

Bizim kimi millətə........

t.ədalət 2021-03-22 20:32:31

Alt paltarını,görünür,qohum-əqrəbası üçün sərgiləyir.

Mubariz 2021-03-22 20:15:49

Bir balaca tefekkur edin de.Hardan bilirsiz bu teze videodur?AZAL a zapros edin gorun o olkeden çixib ya yox.Sonra baslayin qeybete

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol