Menu

Hindistanda tribuna çöküb, 100-ə yaxın şəxs yaralanıb - FOTOLAR

22.03.2021, 23:51
Hindistanda tribuna çöküb, 100-ə yaxın şəxs yaralanıb - FOTOLAR

Hindistanın Telanqana əyalətindəki Suryapet şəhərində yerləşən stadionda taxta tribunanın çökməsi nəticəsində təxminən 100 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bədbəxt hadisə Milli Kabaddi Çempionatının açılış mərasimi zamanı baş verib. İlkin məlumatlara görə, tribunanın üzərində 1,5 min nəfər olub.

Yaralılar dərhal rayon xəstəxanasına aparılıblar. Hadisə nəticəsində ölən olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol