Türkiyə hərbi təlim keçirmək məqsədilə Ermənistanla sərhədə hərbi texnika yeridib.
Bu barədə martın 24-də İranın «Azariha» Teleqram-kanalı xəbər verib. Xəbərlə bərabər kanal bir neçə foto da dərc edib. Fotolardan Türkiyə ordusunun tankları, özüyeriyən artilleriya qurğuları və zirehli maşınları görünür.
İddia olunur ki, Ermənistanla sərhəddə təlimlər üçün hərəkətə gətirilmiş ağır zirehli texnika və zərbə sistemləri bundan əvvəl Suriya hərbi səhnəsində istifadə olunub. Bu zaman «Azariha» bir qədər də irəli gedərək, bildirir ki, Ankara və Bakı pespektivdə "erməni Sünik vilayətinə" hücum etmək niyyətindədir. Sünik İranla həmsərhəddir və Azərbaycanın «materik» hissəsini Naxçıvan anklavından ayırır.
«İran dəfələrlə bəyan edib ki, bölgənin beynəlxalq sərhədlərinin dəyişdirilməsi onun üçün qırmızı xətdir. Tammiqyaslı müharibənin qarşısını almaq üçün İranın silahlı qüvvələri təcili surətdə Ermənistanla Naxçıvan arasındakı sərhəd boyunca yerləşməlidir» - materialda qeyd olunur.
Biz də Azərbayan olaraq, mollaların bu avantürasına əlüstü cavab vermək zorundayıq: «Ey, ləbbadə altında gizlənmiş məlun fars mollası, arzuladığının əvəzinə, qulağının dibini görərsən! Səni kimin iti dişləyib - ermənidən artıq erməni olmaq istəyisən? «Erməni Süniki» deyib də göz yaşı tökürsən, bilmirsən ki, həmin ərazi Sünik yox, Zəngəzurdur və tarixi Azərbayan torpağıdır?! Düşük-düşük ağlama, rəhmətlik M.Ə.Sabir demiş, «Ağladıqca kişi olur biqeyrət, necə ki, İran ağladı, oldu…»
Bir ismarış da ağayi Cavad Zərifə göndərmək istəyirəm: Ermənistanın ərazi bütövlüyü sənin üçün "qırmızı xətdirsə", TÜPÜRÜM SƏNİN XƏTTİNƏ!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Əvvəl-axır növbə irana çatacaq.Lap az qalıb.
Yaxşı yazıb,təki diplomatlarımız da belə danışa biləydi.
mibariz ağa bəs sən maaşı realnan alırsan ?
Bəs ermənistan 30 ilə yaxın bizim İranla sərhəd rayonlarımızı işğal edəndə bu sözləri niyə demirdin, ey müsəlman ölkəsi İran. İran Qarabağ məsələsində obyektiv mövqe tutsaydı məsələ bu qədər uzanmazdı. İşğal altında olan ərazilərdə məscidlərin təhqir olunmasına İran tərəfindən heç bir reaksiyanın verilməməsi, İranın bu məsələdə kimin yanında olmasına sübutdur. Bir sözlə İran ermənistanın sanki müttəfiqidir...
Mirzeli maaşi şekelnnen alirsan ya funt sterlinqnen?
murdar molla rejimi get ishinle meshgul ol
Bəs ermənistan 30 ilə yaxın bizim İranla sərhəd rayonlarımızı işğal edəndə bu sözləri niyə demirdin, ey müsəlman ölkəsi İran. İran Qarabağ məsələsində obyektiv mövqe tutsaydı məsələ bu qədər uzanmazdı. İşğal altında olan ərazilərdə məscidlərin təhqir olunmasına İran tərəfindən heç bir reaksiyanın verilməməsi, İranın bu məsələdə kimin yanında olmasına sübutdur. Bir sözlə İran ermənistanın sanki müttəfiqidir...
Beli !!!! El helal bu yaziya !!!
30 ilde bunlar hem kar kor eyni vaxtda ağıllarını itiribler ki Azerbaycanın Beynelxalq serhedlerinin pozulmadını görmeyibşer.Allsh dizin kimi “müselmaların” kökünü kesdin ki esl müselmanlara qenim kesilen çaqqal sürüsü olan bizim din düşmençiliyi edenleri müdafie edirler
SAĞ OL MİRZƏ MÜƏLLİM! ƏLA! YERİNDƏ YAZILMIŞ MƏQALƏDİR!
Tarixdə "zəngəzur" sözü yoxdur.Bildiyimiz kimi "zur" ermənicədir,məskən deməkdir.Sünik isə bizim sözdür,ərazinin qədim adıdır.ermənilər kürdlərlə birləşib ərazinin adını erməniləşdiriblər."zəngəzur" adı altında seperatçı kürdlər bizdən ərazi qoparmaq və Naxçıvanı da oraya birləşdirib kiçik bir kürdüstan yaratmaq istəyirlər.Bu gün kürd seperatçılığı erməni-fars təhlükəsindən də ağırdır.Azərbaycanda seperatçıların böyük bir dəstəsi var,