Menu

Vətən müharibəsi şəhidinin qız övladı doğulub - FOTO

25.03.2021, 13:38
Vətən müharibəsi şəhidinin qız övladı doğulub - FOTO

Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Nadir Nadirlinin qız övladı doğulub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, şəhidin doğum günündə dünyaya göz açan körpənin və anasının səhhəti yaxşıdır.

Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Nadya adı qoyulub.

Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şərhlər

Xalq 2021-03-25 14:18:45

Allah şəhidimizə rəhmət eləsin! Yeni doğulan Nadya balaya isə xoşbəxtlik arzulayırıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol