Bayramdan əvvəl çoxları hökumətin sərt karantinə gedəcəyini, iş yerlərini bağlayacağını, ən yaxşı halda isə sadəcə rayonlara gediş-gəlişi məhdudlaşdıracağını düşünürdü. Lakin gözlənilənlərin əksinə olaraq, Operativ Qərargah adlandırılan və qərarlarının anlaşılması xüsusi istedad tələb edən mifik qurum sadəcə, ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması barədə qərar verdi.
İlk öncə, çoxları bu qərara sevindilər. Çünki ən azından iş yerləri bağlanmayacaq və camaat bayramlaşmaq üçün rayonlara üz tuta biləcəkdi. Ancaq çox keçmədi ki, yoluxma sayı kəskin şəkildə artmağa başladığını göstərən rəqəmlər ortaya çıxdı. Operativ Qərargahın İctimai nəqliyyatın bağlanmasına dair qərarından isə ən çox əziyyət çəkən yenə “qara camaat” oldu.
Onsuz da yaxşı məlumdur ki, sosial ədalət və milli sərvətlərin bölgüsü məsələsində heç də liderlər sırasında olmayan məmləkətimizdə məsələn, elə dörd nəfərlik ailə var ki, 7-8 lyuks maşını var, ancaq elə 6-7 nəfərlik ailə də var ki, bir sınıq-salxaq “jiquli”si də yoxdur. Və ikincilər birincilərdən fərqli olaraq, təmtəraqlı bayram filan keçirmirlər, yalnız bayram axşamı bir təhər başlarını qatırlar. Hansısa rayonda, yaxud xarici ölkədə istirahət etmirlər və bu rəsmi qeyri-iş günlərində də işləyirlər, gündəlik çörəkpulunun dalıyca şəhərin bu başından digər başına getmək məcburiyyətində qalırlar. Bəs, bu adamlar işə nəylə getməlidirlər – taksiylə?

Hansısa kafedə qab yumağa görə gündəlik 10-12 manat alan, yaxud 15-20 manata fəhləlik edən “bəxtəvər” vətəndaşımız iş yerinə necə getməlidir? Operativ Qərargahın sayəsində onun taksiyə verməli olduğu pul gündəlik qazancından çoxdur. Hə, deyə bilərlər ki, yol xərcini sahibkar ödəsin.
Ancaq hər kəsə məlumdur ki, xüsusilə kiçik və nisbətən orta sahibkarların böyük əksəriyyəti nəinki işçisinin, heç özünün taksi pulunu, üstəgəl icarə haqqını, vergi, sosial xərclərini, hələ üstəgəl də polisin “maska cərimələri”ni ödəyə biləcək durumda deyil. Görəsən, bütün bunları açıq havada tək gəzərkən belə insanları maska taxmağa məcbur edən, anormal qərarlara imza atan Operativ Qərargah adlı anlaşılmaz qurumda əvvəlcədən görən, anlayan olubmu və varmı?
3 gündən sonra ictimai nəqliyyatın hərəkəti bərpa ediləcək. Ancaq əminliklə demək olar ki, bununla da yaxşılığa doğru dəyişən şey az olacaq. BNA-nın bəhanəsi var ki, şəhərdə nəqliyyat sıxlığı, tıxaclar olduğu üçün avtobuslar vaxtında, qrafikə uyğun şəkildə hərəkət edə bilmirlər.

Bəli, deyilənlərdə müəyyən dərəcədə həqiqət payı var, ancaq məhz “müəyyən dərəcədə!”. Əslində isə bunun sadəcə bəhanə olduğu, sözügedən qurumun öz işinin öhdəsindən tıxac oldu-olmadı lazımi səviyyədə gələ bilmədiyi, yalnız “cib güddüyü”, yaranmasından xeyli müddət keçsə də belə, hələ də şəhər nəqliyyatının nəbzini tuta bilmədiyi, çox şeyi “baş-ayaq” etdiyi heç kimə sirr deyil.
Eynilə də paytaxtın müvafiq icra strukturları, həmçinin Yol Patrul Xidmətinin(YPX) özü pandemiya dövründə tıxacların qarşısının alınmasında öz üzərinə düşən işi layiqincə yerinə yetirə bilmədi və bilmir. Yeri gəlmişkən, yaxşı olar ki, YPX-dəki “xidmət” sözü ümumiyyətlə götürülsün və “cərimə”, “rüşvət” yaxud hansısa digər sözlə əvəz olunsun...
Bütün bu mənzərənin qarşılığında belə nəticəyə gəlmək olar ki, ümumilikdə ictimai nəqliyyatın işləməməsi bir bəladırdsa, işləməsi də başqa bir bəladır. Çünki ictimai nəqliyyata icazə verilməsilə yoluxmanın statistikası arasında həm düz, həm də tərs mütənasiblik tapmaq olar.
Məsələn, bir həftədir ki, ictimai nəqliyyat yoxdur, ancaq yoluxma sayı durmadan artır. Lakin bununla yanaşı, ictimai nəqliyyatın işlədiyi vaxtlarda avtobuslardakı sıxlığın, “sosial məsafənin” metr yox, 20 santimetrdən də aşağı olmasının nəinki koronavirusun, istənilən digər yoluxucu xəstəliyin yayılması üçün münbit mühit olduğu da heç bir şübhə doğurmur.

Doğrusu, belədə hansı qərar verilməli, hansı seçim edilməli olduğunu demək də çətindir – “yuxarı baxırsan bığ, aşağı baxırsan saqqaldır”. Lakin bir şeyi anlamaq və görmək asandır ki, cəmiyyət olaraq özümüz daha tələbkar və tədbirli davransaydıq, eləcə də müvafiq dövlət orqanları, strukturları öz işinin öhdəsindən tam gələ bilsəydi, istər yoluxmaların və ölüm hallarının sayı, istər ictimai nəqliyyat problemi, istərsə də əhalinin sosial-iqtisadi durumu, gəlirləri, iş yerləri və s. baxımından hazırda daha məqbul mənzərə ilə üz-üzə olardıq.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
tURANdan tARİXəcən. Görəsən, XALQ və d. ümümXALQ adından şərləri elektron yaddaş niyə buraxır? Həmin qadağa günləri işləyən Metro avtobuslarının sayı azı 2-3 qat artırılmalıdır. Digər marşrutlar üzərinə də səhər saat 6 dan axşam 9a qədər azı 50% də avtobus buraxmaq gərəkdir ki, daşınan əhali və xırda nəqliyyat sıxlığının qarşısını həmin əlavə özəllər alsın. Bunu da təklif edirəm.
Cehennemde yanacaqlar inshallah )))
BNA formal bir qurum olmaqla bu işin öhdəsindən gəlmək imkanında deyll.Avtobuskar fərsdi sahibkarların,marşrutlar onlara satılmış olduğu halda BNA çox aciz görünəcək. Ölkə əhalisinə nəqliyyat xidməti yalnız dövlət tərəfindən (dövlətə məxsus nəqliyyat vasitələri,hesablanmış marşrutlar üzrə )göstərildiyi halda hər hansl qayda qanundan danışmaq mümkündür.t
METRONUN VƏ DİGƏR NƏQLİYYATLARIN İŞLƏMƏMƏSİ BİABIRCILIQDIR.BU DÖVLƏTİMİZƏ, ÖLKƏ BAŞCISINA QARŞI EDİLƏN XƏYANƏTDİR.TASİLƏRİ ÖNƏ CIXARDIB XALQIN SON TİKƏSİNİ ƏLİNDƏN ALMAQ NƏDİR.TAKSİ MONOPOLİYASININ YİYƏSİ KİMDİR GÖRƏSƏN.ONUNLA BACARMIRLAR.
Bu qurumun başbilənlər 5-ci kalonun üzvüləridirər.Nəticə pisdəndə pisdir.Cammatda pul yoxdurki normal qudalansın.müalicə götürə bilsin.Allah bunlara həhlət eləsin. Am ma hər bir cinayətə görə cavab verəcəklər .
Məmurların millət heç veclərinə də deyil. Pulumuzu yeyirlər,özləri cəhənnəm hələ psylayırlar da,erməniyə də verirlər,bizə isə heç nə. Hələ müxtəlif yollarla əldə olanı da alır,işləməyə də imkan vermirlər. Çox bir girdirmə məmur cəmiyyəti bizi koronadan 100 dəfə artıq məhv edir.
metro açılsaydı bu qədər yoluxma olmayacaqdı!
6-bazar avtobusların işləməməsi kasıb əhaliyə qarşı olan bir qərardır. Varlılar məmurların hərəsinini 20 dənə 200 minlik maşınları var.
İctimai nəqliyyatın özəl əllərə verilməsi olduqca yanlış addım olub.Bu nəqliyyat növü və vasitələri dövlətə məxsus olmalı və bir mərkəzdən idarə olunmalıdır
Bakını pis günə BNA qoydu