Menu

Azərbaycan maskadan istifadə fəallığına görə bölgədə liderdir

26.03.2021, 17:07
Azərbaycan maskadan istifadə fəallığına görə bölgədə liderdir

Azərbaycan maskadan istifadə fəallığına görə Gürcüstan və Ermənistanı qabaqlayıb.

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə I yerdədir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 % təşkil edir. Gürcüstanda bu göstərici 43 %, Ermənistanda isə 38 %-ə bərabərdir.

Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 % olduğu qeyd olunub.

Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.

Şərhlər

Veteran 2021-03-27 23:23:54

Şıdırğı alverindədə liderdir.Allah bu masqaları birə beş qiymətə satdıranlara ləhnət eləsin.

ejder 2021-03-26 21:40:23

aye biz her weyde liderik,naxcivan maska taxmir,niye cunki bilerler ,monopoliya biznessi kimie mexsusdurrrr

Mubariz 2021-03-26 18:00:21

Fəallıq yüksəkdir , yenə də yoluxma da da liderik .Marşurutlar işləmir ,yenə də liderik .Operatif Qərargah adlı mifik qurum işləmir ( ya da TƏBİB ) yenə də liderik .Əıa göstəricidir ,sükanı belə saxlayın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol