Səudiyyə Ərəbistanından olan iki istehsalçı Türkiyə pilotsuz uçuş aparatının (PUA) birgə istehsalına başlayıb.
«Intra Defense Technologies» və «Advanced Electronics (AEC)» şirkətləri "Karayel-SU" dronlarını Türkiyə lisenzayası (Vestel Savunma firması) əsasında istehsal edəcəklər.
Bu barədə martın 22-də hərbi mövzuda ixtisaslaşmış «Defense News» Amerika portalı xəbər verib.
Vestel Savunma şərh barədə sorğuya cavab verməyib, amma şirkətin rəsmi nümayəndəsi anonimlik şərtilə bildirib ki, AES elektronika üzrə hissələr təqdim edəcək, Vestel isə PUA-nın əsas kritik mühüm komponentlərini tədarük edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bəyan etmişdi ki, Səudiyyə Ərəbistanının Türkiyə döyüş dronlarına tələbatı var.Türkiyə lideri başqa təfərrüatları açıqlamayıb.
Vestel-in rəsmi nümayəndəsi xəbər verib ki, birgə istehsal barədə sazişə əlavə olaraq, Səudiyyə Ərəbistanı həm də "Karayel-SU" pilotsuz aparatlarının müəyyən partiyasının hazır vəziyyətdə alınması istiqamətində danışıq aparır.
«Bu saziş Duba ydakı aviasalonda 2017-ci ildə bağlanıb. O zaman Səudiyyə tərəfi həm birbaşa alış, həm də birgə istehsal barədə kontrakt imzalamaq istəmişdi» - müdafiə məsələləri üzrə türk analitiki Anil Şahin bildirib. Onun məlumatına görə, dronun birgə isehsalı proqramı 2021-2025-ci illər arasında 40 "Karayel-SU" PUA-nın yığılmasını nəzərdə tutur. Türkiyə pilotsuz aparatı bu zaman "Haboob" adlandırılacaq və bu ad altında krallıq ərazisində istifadə olunacaq.
"Karayel-SU" havada 20 saata yaxın və 5500 metr hündürlükdə qala bilir. Aparat sürətini saatda 150 kilometrə çatdırır. Onun mühərriki 97 at gücündədir.
AzPolitika.info


Şərhlər