Menu

ABŞ-da silahlı insident olub - Ölən və yaralananlar var

27.03.2021, 10:32
ABŞ-da silahlı insident olub - Ölən və yaralananlar var

ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.

Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol