Menu

YOL POLİSİ SÜRÜCÜDƏN RÜŞVƏT ALIB? - DİN-dən AÇIQLAMA + VİDEO

27.03.2021, 14:14
YOL POLİSİ SÜRÜCÜDƏN RÜŞVƏT ALIB? - DİN-dən AÇIQLAMA + VİDEO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının sürücüdən rüşvət alması iddia edilib. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Yayımlanan videonu şərh edən şəxs polis əməkdaşının “KamAz” markalı yük avtomobilinin sürücüsündən rüşvət aldığını deyir. 

Görüntüləri çəkən şəxslər videonu Şəmkir rayonu ərazisində yerləşən DYP postunda lentə alındıqlarını bildiriblər.

Ələsgərov Eşqin adlı sürücü isə bildirib ki, Daşkəsən rayonundan Qazax rayonuna yük aparan zaman Şəmkir rayonu ərazisində yerləşən DYP postunda saxlanılıb: “Artıq yük apardığım üçün cərimə yazıblar. Heç bir pul verməmişəm”.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov da  "Report"a bildirib ki, iddia əsassızdır.

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan video-görüntülür aiddiyəti qurumlar tərəfindən araşdırılmış və iddia öz həqiqətini tapmamışdır. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılmış, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilmişdir. E.Ələsgərov daşıdığı yükün qaiməsini polis əməkdaşına təqdim edərək çəkisinin normal standartlara uyğun olduğu bildirib. Sürücüyə bir daha izah olunaraq yükün çəkisinin deyil qabaritinin normadan böyük olduğu bildirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, həmin gün sürücünün stasionar posta daxil olması, protokol tərtib edilmə görüntülərinə baxış keçirilmiş və iddia edilən fikirlərin əsassız olması müəyyən edilmişdir" - deyə E.Qasımov bildirib.

Şərhlər

Fazil 2021-03-28 17:19:42

Rüşvətlə işə girən rüşvət almamalıdır?DİN-in başqa cür açıqlamasi.ola blərmi?Bunu cümlə cahan bildiyi halda təkzibin nə mənası var?Sadəcə vəsifə borcu üçün təkzib veriblər.Srücünü isə belə izah etməyə məcbur etmə üsulları DİN-də yeni deyil.s

Veteran 2021-03-27 22:58:10

Guya böyük iş olub.Lap əcəb edib.Milyardlar hanı?

Rrr 2021-03-27 22:03:32

Harda qôrûlûb ki, pulu alin sonra protokol yazillar, Besdirindeeee naqil danishmayindaaa!!! ayibdi axi , ôzûnûz ôzûnûzû dûshûk yere qoymayin Vallahi ayibdi !

Eko 2021-03-27 21:59:21

Shehidlerimizin , qani bahasina , vezifeden istifade edib , rûshvet almaq, en azinnan yenede deyirem , en azinnan SHEREFSIZ likdi !!!! Namerddikdi !!!! Haram pul aparmaqdi eve !!!! xahish edirem sherhimi yazasiniz .

Elli 2021-03-27 21:50:46

Azerbaycanda en en en rûshvetxor idare , DYP di , ôzûmûzû allatmaqa ehdiyac yoxdu. Bunu bôyukden balacaya kimi , hami bilir !!!!!

Rt 2021-03-27 20:07:09

Utanin yere qirin !!!! boynuza qamish ôlcûm !!!

boz 2021-03-27 19:06:45

Lap yaxşı edir alır,verməyin almasın,qanunu pozmayın,verməyin.

Vətəndaş 2021-03-27 17:27:15

Gülməli başlıqdır.onların rüşvət almayanı varmı? Siz bunu şərh edin.Yoxsa pokazuxa üçün fakt göstərirsininz.Guya DİN çox təmiz aparatdır.Əgər elədirsə bəs onların əmlakları hansı pulla əldə olunub?Özləri də ki maşallah hər biri130-150 kq.

Eko 2021-03-27 17:21:59

Aibdiyeeee milleti qoyun yerine qoymayin !!!!!

RT 2021-03-27 17:20:20

Derdeeeeeee derd ((( xiyar meselesi

Mehdi 2021-03-27 15:55:11

DIN nin dediyinə görə, bunlarin qai iscileri hec kimden ruşvət almirlar.Adamin mati qutu quruyur.Demek bunlarin əlində tutursanda deyirler pul deyil balta sapidi.Nə deyim vallah afam söz tapmir deməyə

X 2021-03-27 15:45:44

Polise nece ser atirlar eyy. Allah agzinizi qurudar rusvet nedi buna hormet deyirler. Bu hormet olmasa polisinde hormeti qalmaz

İsmayıl Xələfov. 2021-03-27 15:16:39

Açıq aşikar görünür ki, polis cəriməni yazıb öz cibinə qoyur. Kamazın da yükü odeha Qafqaz dağlarına dəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol