Menu

Gürcüstanda COVID-19-a yoluxanların sayı 280 mini ötüb

28.03.2021, 10:49
Gürcüstanda COVID-19-a yoluxanların sayı 280 mini ötüb

Gürcüstanda ötən sutkada daha 365 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 5 pasiyent vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 280 301-ə, ölənlərin sayı isə 3 751-ə yüksəlib.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 415 nəfər artaraq 272 219 olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol