Menu

Paşinyan istefa verəcəyi tarixi açıqlayıb

28.03.2021, 16:36
Paşinyan istefa verəcəyi tarixi açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcək.

Martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə o, belə bir bəyanatla çıxış edib.

"Aprel ayında istefa verəcəm. Ancaq onun üçün yox ki, hakimiyyətdən gedim, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bunu edəcəm. Seçkilərə qədər isə baş nazir vəzifəsinin səlahiyyətlərini icra edəcəm", - Paşinyan deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol