Menu

Qaxda koronavirusa görə daha bir məktəb distant tədrisə keçdi

29.03.2021, 13:12
Qaxda koronavirusa görə daha bir məktəb distant tədrisə keçdi

Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.

Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.

Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol