Menu

QMİ Ramazan ayı ilə bağlı toplantı keçirəcək

29.03.2021, 15:03
QMİ Ramazan ayı ilə bağlı toplantı keçirəcək

Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək. "Report"un xəbərinə görə, bu barədə QMİ-nin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək:

"Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir".

Şərhlər

t.ədalət 2021-03-29 22:37:51

Mübarək Ramazan ayının başlandığını bilmək üçün qazilər şurasına ehtiyac yoxdur.Biz bunu Türkiyə vasitəsi ilə bilirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol