Menu

Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını aktiv olmağa çağırdı

17.10.2014, 12:39
Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını aktiv olmağa çağırdı

“Mən bizim deputatların Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə isti münasibətlərindən doğan narahatlığını başa düşürəm. Biz, əslində Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli mövqeyinə artıq öyrəşmişik. Lakin rəsmi təsdiqini tapmayan məsələləri müzakirə etmək lazım deyil”. Modern. az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə “dostluq qrupu” yaratması yalnız erməni saytlarında iddia olunur.

Milli Məclis sədri bildirib ki, Avropa təsisatlarında bununla bağlı heç bir informasiya yoxdur. Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını da aktiv olmağa çağırıb: “İcma bu məsələlərdə aktiv olmalıdır. Aktiv fəaliyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı şəkildə dünya ictimaiyyətinə lazımı məlumatlar verməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol