Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib.
Türkiyə mediası xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir.
Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq qadağası qoyulub.
Prezident Ərdoğan Ramazan ayı boyunca qadağaların qüvvədə qalacağını bildirib.


Şərhlər
Ay bu sahəyə baxanlar cammata adambaşına normal pul verin özümüz normal qidalana və müalicə oluna bilərik.Milyardları ora- bura az çırpışdırın.Vicdanınız az da olsa qalıbsa.ALLAHDAN QORXUN!
Yəqinki korona ancaq geceler yoluxur ona görə də gece yola çıxmağa qadağa qoyulub qardaş ölkədə