Menu

Azərbaycanın müstəqilliyi təhlükədə...

17.10.2014, 12:49
Azərbaycanın müstəqilliyi təhlükədə...

Fərrux Məmmədov: “23 illik müstəqillik tarixində Azərbaycanın müstəqilliyi bu qədər təhdid altına düşməmişdi”

Son günlərdə Azərbaycanın müstəqilliyinin təhlükə altında olması ilə bağlı səslənən fikirlər ətrafında yaranan narahatçılıq günbəgün artmaqdadır.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bununla bağlı öz Feysbuk səhifəsində narahatçılığını bildirib.

Onun sözlərinə görə, 23 illik müstəqillik tarixində ilk dəfə olaraq, dövlətçiliyimiz belə təhlükə ilə üzləşib: “ 23 illik müstəqillik tarixində ilk dəfədir ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və təhlükəsizliyi bu qədər təhdid altına düşməmişdir. Rusiya ilə aparılan danışıqların nəticəsi bunları deməyə əsas verir. Rusiya rəsmilərinin son səfərləri zamanı Azərbaycan hökumətinin bağlı qapılar arxasında bəzi strateji sənədlər imzalaması və üzərinə bəzi öhdəliklər götürməsi ölkəni işğala aparır. NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hökumətini geriyə dönüş olmayan bu yolda atılmış olan yanlış addımdan geri dönməyə çağırır. Əgər Azərbaycanın Milli Təhlükəsizliyinə təhdid olacaq bir prosesə başlarsa, o zaman C. Qafqazda yeni siyasi dönəmin başlayacağının şahidi olacağıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol