Menu

Azərbaycan Xalq Partiyasına ofis verilib

30.03.2021, 10:00
Azərbaycan Xalq Partiyasına ofis verilib

Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu prosesin davamı olaraq, martın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim edilib.

Şərhlər

t.ədalət 2021-03-30 12:49:19

Bu partiyanın adını pənbah partiyası qoymaq doğru olardı."Xalq partiyası" sözünün özü mücərrəd anlayışdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol