“İQTİDARA, DİALOQ SİYASƏTİNƏ QARŞI TƏXRİBATDIR...” – Videotəxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib

“Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb”.

"AzPolitika.info" xəbər verir ki, bunları Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, müraciətə cavab olaraq bildirilib: “Bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Və ən tez bir zamanda təqsirkarlar aşkarlanaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Pənah Hüseyn deyib ki, aparılan təhqiqat ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin ümumiyyətlə Cəmil Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, "tamaşa" qurulduğu versiyası yəqinlik qazanmaqdadır.

“Cəmil Həsənlənin ailə üzvü də bu barədə açıqlama verərək, vidiodakı şəxslərin ona aidiyyatı olmadığını bildirib. Heç şübhəsiz məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər. Nəzərə alınmalıdır ki, bu məsələ artıq təkcə ayrı- ayrı fərdlərin yox, həm də dövlətin şərəf məsələsidir”.

Xatırladaq ki, bir neçə gün öncə internet şəbəkəsində Milli Şuranın sədri, pofessor Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim videogörüntü paylaşılıb.

635x100

Şərhlər

Seymur 2021-04-05 16:11:15

burada 2 pis mesele var

Vətəndaş 2021-03-31 20:10:43

gecə evdə gizli bir iş görmək də artıq təhlükəlidir. İzləyəcəklər. Xəstədirlər bu oyunları çıxaranlar. Xəstə vəssalam. Normal insan bu işə qərar verməz

Veten dashi 2021-03-31 11:36:52

Cəmil Həsənli böyük şəxsiyyətdir.Ona qarşı edilən bu şərəfsizliyi hər bir ziyallı bütünlükdə cəmiyyətə qarşı edilən həqarət kimi qəbul etməlidir.Azərbaycan xalqının mentalitetinə qarşı bir həqarətdir.Bundan başqa ümumiyyətlə adını bloğer qoyub ləyaqətsizliklə məşğul olanlara qarşı da bir olmaq lazımdır.Siyasətcilərə Milli məclisdə ,televiziyalarda yer verin kimin kim olduğunu xalq özü biləcək.Muxalif düşüncənin bir tərəfli sıxılması söyüş ritorikası yaradır.Hardasız ey ziyallılar...

pensioner 2021-03-31 08:51:16

"kişilər" evlərinə çörək aparırlar,oğul-qız böyüdürlər

t.ədalət 2021-03-30 19:02:28

Belə tərbiyəsiz hərəkəti kimlərin etdiyi hamıya məlumdur.Görünür,bu yolla istəyiblər ki,iqtidarın rəğbətini qazansın.Azərbaycanda vəzifədə olan əl kuklaları çoxdur.Gah yanğın törədirlər,gah haranısa partladırlar.Belələrini çox dəhşətli bir sonluq gözləyir.

Mubariz 2021-03-30 18:45:57

Utanın ,

Son yazılar