Menu

“BakuBus”ın Müşahidə Şurasına nazir müavini rəhbərlik edəcək

30.03.2021, 15:16
“BakuBus”ın Müşahidə Şurasına nazir müavini rəhbərlik edəcək

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.

"Report" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

Müşahidə Şurasının sədri

Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Şahin Babayev – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol