Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb. Bu barədə "Report"a açıqlamasında N.Məhərrəmli özü məlumat verib.
Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-2020-ci illər ərzində şuranın sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, N.Məhərrəmli Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun kadrı hesab olunurdu.
Milli Televiziya və Radio Şurasının sədri vəzifəsinə təyin olunmazdan əvvəl Əli Həsənovun rəhbərlik etdiyi şöbədə böyük referent, sektor müdiri vəzifələrində çalışıb.
Ancaq onların Əli Həsənovla tanışlığı hələ gənclik illərinə gedir. Belə ki, hər ikisi 1985-ci ildə BDU-dan təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinə köçürülüb.
Hər ikisi 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. Maraqlıdır ki, hər ikisi 1992-ci ildə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkəyə gələrək, burda məlum sahələrdə fəaliyyətlərini davam etdiriblər. Azərbaycanda mətbuatın acınacaqlı vəziyyətə salınması, telekanalların səviyyəsiz şou məkanına çevirilməsi Əli Həsənovla N.Məhərrəmlinin birgə fəaliyyətinin nəticəsi hesab olunur. Moskva ilə bağlılıqları bunu onların qəsdən etdiklərindən şübhələnməyə əsas verir...
"AzPolitika.info"

Şərhlər
Naxçıvamda texnikumu güclə oxuyan Əli Həsənovun arvadı sonra möcüzəli şəkildə professor olaraq elə həmin Televiziya Radio şurasında xüsusi imtiyaz sahibi kimi vəzifə tutub,axı hansı savad və bacarıgına görə?burda deyirlər:-dagıl a dünya!!!
Əli Həsənovun QHT-lərə Dəstək Şurasında korrupsiya hallarını bilmək üçün diqqət yetirmək lazımdır ki, 2008-ci ildən, yəni şura yaranandan sonra nə qədər qht yaranıb. Yəni pul silmək üçün yaranıb bu qht-lər. 2008-ci ildən əvvəl təsis olunanlara şuradan qrant zad verən yoxdur. Verəndə də 2-3 ildən bir, ən az məbləğdə.
Əli Həsənovun kuarasiyasında olan QHT-lərə Dövlət Dəstəyi Şurasından oğurlanan pulların sayı-hesabı yoxdur. Təbii ki Azay Quliyev və onun korrupsioner komandası vasitəsi ilə . Şura korrupsiya yuvasına, Azay Quliyev isə oliqarxa çevrilib. Hələ icraçı direktorunu demirik... Şura açıq bazardır Fərasət müəllim 30 faizdən layihələr satır. Hələ Əli Həsənovun 20-25, Azay müəllimin 10-15 saxta qht-lərində silinən pulları demirəm. Şuraya da bir əl gəzdirsəydilər yaxşı olardı. Yazıq şəffaf işləyən az miqdarda olan qht-lərə də qan uddururlar.
Bəs, Azay Quliyev, onun icraçı direktoru Fərasət Qurbanovu niyə yaddan çıxartdınız? Əli Həsənovun korrupsioner dəstəsinin ən bərkgedən ūzvləri yaddan çıxmasın haaaan
ƏLİ HƏSƏNOVUN qollarina QANDAL VURUN ve Turkiyeden GETIRIN Azerbaycana.
Nuşirəvan Məhərrəmli. Radio və televiziyaların bayquşxanaya çevirən məxluqlar təkcə işdən azad olunmaları ilə cəzalandırılmamalıdırlar.Əli Həsənov başda olmaqla onlar əməllərinin bədəlini zindanlarda ödəməlidirlər.
o gün olsun onun başqa kadrı - Socar ın kadrlar üzrə vitde prezidenti Xolik Məmmədovu da yola salsınlar
İŞLƏDİYİ MÜDDƏT ƏRZİNDƏ ÖZÜ OLUB GÖRDÜYÜ İŞ OLMAYAN MƏMUR.
Görəsən nə vaxtsa ölkədə normal TV kanalı,mədəni-maarif proqramları,normal aprıcı və jurnalislər görə biləcəyik?
Bu və bunun kimilərin xaç atası Əli Həsənov olub, öz şəxsi maraqlarına görə, Azərbaycanda medianın evini yıxanlar ordusu...şərəfsiz, ləyaqətsiz insanlardır, özləri həbs, əmlakları müsadirə olunmalıdır...
Valeh adı ilə yazana: Sizin məsələyə belə ürək ağrısı ilə yanaşmanız yüksək insani keyfiyyətinizlə bağlıdır, ancaq Nüşirəvan müəllim vaxtında bəs qədər nüş eləmiş və eləcə də Əli Həsənovla o cür dostluğu imkan verir ki, deyək heç olmasa bir 20-30 il onun dolanışıq barədə problemi olmaz...mən buna əminəm...
aye,cox boyuk iw oluf,bu sistem curucdu,natemiz,eyrivicdansizlarin ..
Televiziyalarda avara -avara verilişlərin,serialların,əldəqayırma oxuyanlar.geyaparıcıların meydan suladığı dövr bu şərəfsizlərin adı ilə bağlıdır.
ramiz mehdiyev, settar mehbaliyev, eli hesenov, ombudsman hamisi eyni adamlardir...
Vaay yazig bes indi ne edecek? Neyle dolanacag?
Çox böyük itki oldu,dəyərli kadr idi