Menu

"Demişdim ki, Foqts qaranquş kimidir..." - Ramin Musayev

17.10.2014, 13:02
"Demişdim ki, Foqts qaranquş kimidir..." - Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Berti Foqtsun milli komandamızın baş məşqçisi vəzifısindən istefa verməsinə münasibət bildirib.

Qol.Az saytına açıqlamasında o, almaniyalı mütəxəssisin vəzifəsindən getməsini normal qarşıladığını deyib:

"Foqts getməli idi və getdi. Əgər AFFA rəhbərliyi belə qərar veribsə, deməli, Foqtsun gedişi yaxşı oldu”.

R.Musayev daha sonra deyib: “Hələ bir neçə il əvvəl demişdim ki, Foqts qaranquş kimidir, payız gələndə gedəcək. Gördüyünüz kimi, payız gələndə Foqts da getdi".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol