ƏRDOĞAN ŞUŞAYA SƏFƏR EDƏCƏK - "Bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsi çox vacibdi”

“Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləy

 Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcəyini də anoons edib: “Ramazan ayından sonra qardaşımla (Prezident İlham Əliyev nəzərdə tutulur - red.) birgə Şuşaya ziyarət edəcəyik”.

“Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram”, - o, əlavə edib.

“Dağlıq Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılmış, bununla yanaşı, kilsələr də yerləyeksan edilib. Heç bir zaman Xocalı qətliamını bir kənara qoya bilmərik. Qətlə yetirilən qardaşlarımızı rəhmətlə yad edirəm. Qarabağdakı türk mirasının qorunmasında Azərbaycanın yanında olacağıq”, - o vurğulayıb.

635x100

Şərhlər

Xalq 2021-03-31 18:50:20

SAĞ OL RƏİS!

Son yazılar