Menu

Rusiyada koronavirusdan ölənlərin sayı 99 mini ötüb

01.04.2021, 12:55
Rusiyada koronavirusdan ölənlərin sayı 99 mini ötüb

Rusiyada son sutka ərzində daha 9169 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 554 264 nəfərə çatıb.

Son sutka ərzində 383 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 99 233 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Şərhlər

VƏTƏNDAŞ 2021-04-01 14:46:19

BƏS ( SPUTNİK 5 ) ANALOQU OLMAYAN İDİ. HEÇ v.v.putinın ÖZÜ ( SPUTNİK 5 ) - DƏN UZAQ DURDU . " rf " TƏZƏ VAKSİN İCAD EDİBLƏR İTLƏR ÜÇÜN. SÜBUT " rf " ÖZ MƏTBUTI..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol