Menu

Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş başlayıb

01.04.2021, 18:20
Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş başlayıb

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində baş tutub.

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə gəlib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı nazirin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol