“İslam Dövləti” (İŞİD) terror təşkilatının silahlıları ötən gün britaniyalı girov Con Kantlinin əks olunduğu dördüncü videonu yayıblar.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, "Press Association" agentliyi "YouTube" şəbəkəsinə yerləşdirilən videoyazının bir müddət sonra silindiyini bildirib.
Videoyazıda keçmiş jurnalist “Fars körfəzində üçüncü müharibə” barədə xəbərdarlıq edir və KİV-in İraq və Əfqanıstanda daha əvvəlki hərbi fəaliyyət dövründən etibarən heç nəyi öyrənmədiyini bildirir: "Deyirlər ki, ictimaiyyətin qısa yaddaşı var, lakin Əfqanıstanı tərk etmək əmrindəki mürəkkəb hələ qurumayıb və budur, biz Fars körfəzində üçüncü müharibəyə hazırlaşırıq.”
Əvvəlki videolardakı kimi geyinən C.Kantli yeni videoda da hiss olunduğu kimi, yazılan mətni məcburiyyət qarşısında oxuyur. Girov İŞİD silahlılarının sayının “həndəsi silsilə üzrə artdığını, amerikalı hərbçilərin, hətta bütün dünya polisinin belə onların qarşısını almaq iqtidarında olmadığını" söyləyir: “Amerika nə vaxtdan müsəlman ölkələrindəki azlıqların taleyinin qeydinə qalır? ”(Münaqişəyə - red.) Qarışmağın səbəbi KİV vasitəsilə ictimaiyyətə təqdim edilməli idi və bu səbəb yəzidilər oldu (kürdlərin etnokonfessional qrupu - red.)."


Şərhlər