Menu

Donald Tramp yeni sosial şəbəkəyə qoşuldu

01.04.2021, 22:19

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Respublikaçılar partiyasının bir sıra tərəfdarları yeni “Campaign Nucleus” sosial platformasına qoşulub. “Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı xəbər verir.

Qeyd edilir ki, onlar öz tərəfdarları ilə maneəsiz ünsiyyət saxlaya bilərlər.

Bildirilir ki, yeni sosial şəbəkə hələ 2016-cı ilin martında Trampın seçkiqabağı qərargahının sabiq-məsləhətçisi Bred Parskeyl tərəfindən yaradılıb.

“Parskeyl” şirkətinin saytında yerləşdirilmiş informasiyaya əsasən “Campaign Nucleus” ABŞ-da poçt xidmətindən istifadə edərək istifadəçilərə kütləvi informasiya vasitələrlərinə elektron məktubları, mesajları və bəyanatları göndərməyə, həmçinin digər materialları göndərmək imkanı yaradır. Bundan başqa, istifadəçilər hakimiyyətin nümayəndələri ilə bağlana və çat yazışmalarında iştirak edə biləcəklər.

Telekanal bildirib ki, platforma keçmiş prezidentə jurnalistlərə və tərəfdarlarına öz açıqlamalarını çatdırmağa imkan verir. Daha əvvəl “Twitch”, tvitter, feysbuk, yutub və instaqram yanvarın 6-da onun Vaşinqtonda qarışıqlıqlar haqqında bəyanatlarına görə Trampın sosial şəbəkə hesablarını müxtəlif müddətlərə bloklayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol