Menu

“Rusiya-NATO xətti üzrə təmasları qaytarmağı təklif edirik” - Lavrov

02.04.2021, 00:06
“Rusiya-NATO xətti üzrə təmasları qaytarmağı təklif edirik” - Lavrov

Rusiya Federasiyası (RF) Rusiya-NATO Şurasında (RNŞ) işləməyə hazırdır - o, hərbçilərin xətti üzrə təmasların bərpasını təklif edib.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov «Valday» Yaxın Şərq beynəlxalq diskusiya klubunun xüsusi sessiyasındakı çıxışında bəyan edib.

«Bizim həmkarımız cənab Stoltenberq bəyan edir ki, Rusiya NATO-Rusiya Şurasında işləməkdən imtina edir. Biz işləməkdən imtina etmirik, sadəcə istəmirik ki, orada oturub Ukrayna barədə deyilənlərə qulaq asaq. NATO-nun Ukraynaya heç bir aidiyyəti yoxdur, onlar isə həmişə Rusiya-NATO Şurası yaratmağı təklif edərkən, israr edirlər ki, ilk sual Ukrayna olsun. Biz, iki dəfə oturduq, qulaq asdıq, biz bunların hamısını bilirik. Ona görə də biz, hərbçilərin xətti üzrə təmasların bərpasını təklif etdik ki, təhlükəsizlik üzrə Helsinkidə qəbul olunmuş həmin kompleks sazişləri xilas edək» - Lavrov bildirib.

O, diqqəti ATƏT-dəki hərbi-siyasi problemlərə yönəldib. «Hazırda Avropada ən kəskin problemlər yaşanır - NATO-nun genişlənməsini, hərbi infrastrukturun Rusiya sərhədlərinə belə ardıcıl yaxınlaşmasını nəzərə almaqla… Bütün bunları nəzərə alaraq, bizim təklifimiz ondan ibarətdir ki, ATƏT hər halda Avropada hərbi-siyasi situasiyaya görə öz məsuliyyətini dərk etsin və Rusiya ilə NATO arasındakı razılaşmaları stimullaşdırsın» - Lavrov qeyd edib.

Rusiyalı nazir qeyd edib ki, NATO-çular hətta Rusiyanın təklif etdiyi hərbi inam tədbirlərinin müzakirəsindən də imtina edirlər.

«Onlar sadəcə, müzakirədən imtina edirlər» - Lavrov qeyd edib.

AzPolitika.info

Şərhlər

oxucu 2021-04-02 01:45:32

Şeytan ile emekdashliq etmek olmaz, ...............kalantaryan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol