BAKIDA "İSKƏNDƏR" RAKETLƏRİNİN QALIQLARI NÜMAYİŞ ETDİRİLİR - Fotolar

Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları təqdim edilir.

“Report”un xəbərinə görə, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb.

635x100

Şərhlər

X 2021-04-02 11:56:06

Gozune girsin Rusya ruslar. Devraninizi Allah dondersin

t.ədalət 2021-04-02 10:48:18

Hansısa raketin qalıqları ilə oynamağın vaxtı deyil.Biz,Putinin bizi aldadaraq "atəşkəslə" ermənilərin xeyrinə sonuclandırdığı müharibənin nəticələri ilə maraqlanmalıyıq.Hanı deyilən "sülh müqaviləsi"?Niyə müharibə bitmir?Səfər Əbiyev və Nacmuddin Sadıkovun əli ilə Rusiyanın məhv etdiyi hərbiçilərə görə niyə istintaq aparılmır?Bir əsgər hərbi hissənin ərazisini tərk edəndə hərbvi prokurorluq onun valideynlərini soymamış əl çəkmir.Böyük cinayətlər isə müzakirə olunmur.Bizi nə vaxta kimi Rusiyanın göstərişləri ilə idarə edəcəklər?

Son yazılar