Menu

"İskəndər" raketlərinin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil - ANAMA

02.04.2021, 10:03
"İskəndər" raketlərinin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil - ANAMA

"İskəndər" raketinin Ermənistanın hansı tərəfindən atıldığı bizə məlum deyil".

"Report"un xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur:

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol