Qarabağdakı ermənilərin separatçı rejimin “başçısı” Araik Arutunyana qarşı etirazları getdikcə çoxalır. Bu dəfə qondarma “parlament”in üzvü Metakse Akopyan A.Arutunyanı sərt tənqid edib.
“AzPolitika.info” xəbər verir ki, “deputatın” açıqlamalarına yer verən “news.am” saytı Akopyanın əldəqayırma “prezidenti” satqınlıqda ittiham etdiyini yazıb: “Bütün millət bilir ki, satqın onun özü və erməni tərəfdaşıdır(Nikol Paşinyanı nəzərdə tutur-red.).”
Akopyan A.Arutunyanın bircə sözünə də inanmadığını qeyd edib. O cümlədən də onun Qırmızı Bazarın təhlükəsizliyi barədə dediklərinə: “Mən Qırmızı Bazarda 10-12 gün əvvəl olmuşam və orada təhlükəsizlik görməmişəm. Biz Tağaverdə gedəndə insanlar təəccübləndilər. Onlar dedilər ki, siz ilk buraya gələnlərsiniz, digərləri gəlməyə qorxurlar. Yolda bizi Qırmızı Bazar, Spitakaşen və Şoşdan keçən azərbaycanlıların kolonu qarşıladı. Ona görə də Araik Arutunyanın bircə sözünə də inanmıram”.
Xatırladaq ki, son günlər Qırmızı Bazar yolunun Azərbaycanın nəzarətinə verilməsilə bağlı söhbətlər, müzakirələr çoxalıb. Və göründüyü kimi, bu məsələ separatçı qurumun daxilində çaxnaşmaya səbəb olub.
Cəlal
“AzPolitika.info”


Şərhlər
XANKƏNDİMİZƏ qatarılan yazıq məzlum ermənilər sız rus köpəklərinin verdiklərinə aldanmayın.Neçə ki imkan var çıxın gedin.Sonra şox gec olacaq.
Mence biz muharibe zamanı Azerbaycanda istehsal olunan dronlara qoyulmuş “İti qovan” adını “İtleri ,donuzları ve qaniçen faşistleri qovaq” şüarı ile evez edib seberle siyasetle vei ağılla bu işleri görüb başa çatdırmalıyıq ki o torpaqlarda bir de facie yaşamayaq ve bu problemi gelecek nesillere ötürmeyek ki görumuza söymesinler.Biz bu fürseti elden vermemeliyik