“Ombudsmana müraciətlərin sayı həddindən artıq çoxdur. Ayrı-ayrı məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə onlar bu quruma müraciət etmək qərarına gəlirlər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, əlilliyin təyin olunması müəyyən problemlərin ortaya çıxmasına rəvac verib:
“Yerlərdən xeyli narazılıqlar var. Bu narazılıqlar aradan qaldırılmalıdır”.


Şərhlər
Ölüm yatağında olan minlərlı əlillik ala bilməyən xəstələr var.Nazirlik özlərinə sərf edənlərə əlillik verir.
Dövlətin iqtisadi durumu pisləşdiyinə görə əlillərə müavinat vermək iqtidadında deyil.Dövlət özü əhalinin cibinin ümidinəı qalıb.Cərimələr,on qat gömrük rüsumu əhalinin maliyyə imkanlarını heçə endirib.Çıxış yolunu artamaq,ölkə iqtisadiyyatını təcrübəli kadrlara etibar etmək əvəzində,hələ də əhalinin cibi yağmalanır.Təbii sərvətlərin talanı ilə büdcəni doldurmaq çətin məsələdir.İndi əlillərin vəziyyəti arxa plana keçib.