Kiyevdə mağazaya gələn müştəri mühafizəçinin maska taxmaq barədə iradının cavabında atəş açıb. Nəticədə mühafizəçi yara alıb, atəş açanı isə polis saxlayıb.
Kiyev prokurorluğu mətbuat xidmətinin xəbər verdiyi kimi, insident «Qələbə» prospektindəki ticarət-əyləncə mərkəzində (TƏM) baş verib. Paytaxtın 32 yaşlı sakini mağazaya maskasız daxil olub, buna görə mühafizəçinin iradı ilə üzləşib. Cavabında müştəri tapançaya əl ataraq, iki dəfə atəş açıb. Mühafizəçi bel və baş nahiyələrindən zədə alıb.
Atəş açan hadisə yerində polis tərəfindən saxlanıb. Sonradan məlum olub ki, atəşçinin - Kovalenko Vladimir Nikolayeviçin silah gəzdirmək üçün icazəsi var. Bu barədə jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyi başçısının müavini Anton Geraşenko məlumat verib.
AzPolitika.info


Şərhlər