Menu

Yunanıstan su bulandırır - Miqrasiya naziri Türkiyəni günahlandırır

03.04.2021, 00:05
Yunanıstan su bulandırır - Miqrasiya naziri Türkiyəni günahlandırır

Yunanıstanın miqrasiya naziri Notis Mitarakis aprelin 2-də Türkiyəni Şərqi Aralıq dənizində gərginlik yaratmaqda günahlandırıb.

Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi xəbər verib ki, guya Türkiyənin sahil mühafizəsi qayığı Yunanıstan gəmisini «təqib edib» və guya Türkiyə kateri Yunanıstanın ərazi sularında miqrantları daşıyan qayığı müşayiət edirmiş. Bu barədə Yunanıstanın «Keep Talking Greece» portalı xəbər verib.

Xəbərə görə, «təqib» cümə günü səhər saatlarında Lesbos adasının şimal-şərqindəki dəniz rayonunda baş verib.

Başqa bir insidentdə isə guya elə həmin rayonda cümə günü səhər tezdən içərisində xarici vətəndaşlar olan qayıq Yunanıstanın ərazi sularına daxil olmağa cəhd edib və guya onu Türkiyə sahil mühafizəsinin gəmisi müşayiət edirmiş. Yunanlar türklərlə əlaqə yaratmaq üçün bir neçə cəhd göstəriblər və bu, heç bir nəticə verməyib…

Diqqət edin, ötən müddət ərzində yayılan xəbərlər göstərir ki, Yunanıstana keçmək cəhdi göstərən miqrantların əksəriyyəti müharibə səbəbilə Suriyadan, Liviyadan… qaçan insanlardır. Bəs, bu ölkələrdə müharibəni kimlər törədirlər? Əlbəttə, Yunanıstanın «güvəndiyi» ölkələr (ABŞ və Avropa İttifaqı ölkələri). İndiyə qədər həmin müharibələrdən qaçan miqrantların təxminən 4 milyonu Türkiyədə «bənd alıb» - Türkiyə hökuməti onlara təqribən 40 milyard dollar vəsait xərcləyib. Fəqət buna görə Türkiyəyə haqq ödəməli olan Avropa İttifaqı indiyə qədər bu öhdəliyini yerinə yetirməyib.

Göründüyü kimi, Avropa İttifaqının öhdəliyindən qaçmaq məqsədilə Yunanıstan hökuməti məqsədli şəkildə Türkiyəni «miqrant insidenti» ilə şantaj edir ki, buna da su bulandırmaq deyərlər.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol