ABŞ-ın paytaxtı Vaşinqtonda, Kapitoli qarşısında avtomobilini nəzarət-buraxılış məntəqəsinə çırpan sürücü ölüb. “Report” xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.
“The Associated Press” agentliyi isə bildirib ki, kişi avtomobili tərk edərək iki polis əməkdaşına bıçaqla hücum edib. O, bundan sonra güllələnib.
Hadisə zamanı xəsarət almış polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.
Məlumata görə, hadisə zamanı iki zabit və hadisəni törədən sürücü xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yerli televiziya isə bir nəfərin güllələndiyini bildirib.
"Şübhəli şəxs həbs edilib. İki zabit xəsarət alıb. Hər üç şəxs xəstəxanaya çatdırılıb", - deyə Kapitoli polisi özünün tvitterdəki səhifəsində bildirib.


Şərhlər