ABŞ prezidenti Cozef Bayden Konqresdə silahlı insident nəticəsində həlak olmuş polis əməkdaşı Uilyam Evansesın xatirəsinə ehtiram əlaməti olaraq ölkədə hökumət binalarının üzərindəki bayraqları endirməyə göstəriş verib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Biz Kapitolinin daha bir cəsarətli polis əməkdaşının həyatını itirməsindən kədərlənirik, mən Ağ Evin bayraqlarını endirməyə göstəriş verdim", - ABŞ liderinin yazılı bəyanatında deyilir.
Bayden vurğulayıb ki, hadisə ilə bağlı milli təhlükəsizlik müşavirindən daim məlumat alıb və istintaq davam etdikcə hadisə ilə bağlı yeni xəbərlər alacaq. O, qeyd edib ki, 18 il Kapitoli polisində xidmət etmiş Evansın ölümü ilə nəticələnən "vəhşicəsinə hücum”u “qəlb sınıq”lığı ilə öyrənib.


Şərhlər