Rusiyada son bir gündə daha 9 021 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 572 077 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 384 nəfər artaraq 100 017-yə yüksəlib.


Şərhlər
Deyəsən Sputniki başqalarina satırlar ,özlərinə isə çatmayır!!!