“HƏMİŞƏ SƏKSƏKƏ İÇİNDƏ YAŞAMIŞAM" - "1967-ci ildən rahat yatmıram..."

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə ASC-nin kollektivi ilə sağollaşarkən etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.

“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,- deyə keçmiş məmur bildirib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib.

1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi.

635x100

Şərhlər

Firdövsi 2021-04-10 19:50:03

səni çoxdan çarmıxa çəkməliydlər. ....İnşaallah nə vaxtsa səndən cavab soran olacaq.

t.ədalət 2021-04-06 00:48:21

Əhməd Əhmədzadə Şəmkirdə raykomun birinci katibi olanda axıra kimi ermənilərin müdafiəsində dayandı....

Veteran 2021-04-05 23:17:58

Bəs nə əcəb dəlixanalıq olmamısan.50 il yırtıcılıqla məşğul olub sağ başı gora aparan adam çox az olur. Görəsən səndə bu alınacaqmı?

Çoban 2021-04-05 22:49:27

bunun işlədiyi yerdən qazandığı pulla ermənistanı satın almaq olardı

QAXLI 2021-04-05 21:46:50

Sənin bu kasıb qaxlılara etdiyin pisliklər bir yana bəs qohum əqrabanın etdiklərini hara yazsın bu millət.əlbəttə ki səksəkədə olacaqsan ölənə kimi.yaxşıdır boynuna alırsan.düz adam heç vaxt səksəkədə olmur.

Eli 2021-04-05 20:53:30

76 yaşlı dünyagörmüş bir ağsaqqaşın eqidesine bax-kişi kimi vezifeye tüpürüb keçerdin özel saheye mühendis adamsan.Demeli mükemmel insan deyilsen yoxsa o ne heyatdır sen yaşamısam.

Xalq 2021-04-05 20:47:39

bu qədər pulu həzmrabedən keçirmisən, elə bilirsən rahat yatacaqsan? Ay yatdın aaaaaaaaaaaaaaaaaaa!

Pisi 2021-04-05 20:03:26

Qorxa qorxa bu qeder yasaya bilmisense bunnan sonra yeqin 50 ilde yasiyarsan

Roma 2021-04-05 17:28:49

Əhməd Əhmədzadə, sizin rahat yatmamağınıza səbəb işinizi düzgün qura bilməməyinizdir və sizin səmimiyyətinizə inanmıram...

RT 2021-04-05 17:02:27

Hedee haram pul ? xalqin pulun yeyin rahat yatmaq , qocaliqni haramla kecirmek isteyirsen, Yaxshidi El helal sene!!! tay bilmirsen ki, rak cixanda xeberin olmayacaq!!! Burnundan yaxinnarnin burnundan pilte pilte tôkûlecek !!! Allah , qec eleyer , qûc eleyer ! inshallah!!! Xalqin pulun yemek olmaz!!!Bilesen ,,

Vətəndaş 2021-04-05 16:59:03

O qədər korrupsiya talana edib ki həmişə sək-səkədə olub. Haram pullar..................

Məmməd 2021-04-05 14:17:59

İstədiyin yar idi, yetirdi pərvədigar.Sənə dəyib dolaşan olmasa 100 illik ehtiyatını yıgmısan.Buna görə səksəkədəydin.İşdən getdin deməklə hər şey yaddan çıxır? Ay sən öləsən...Sənin bu dövlətə, bu xalqa vurduğun yaralar 100 ilə də sagalmaz . ....

ELSAD 2021-04-05 14:08:32

Vallahi, agir sohbetdi.54 il sekseke icinde yasayasan ki,ha indi gelib apararlar,ha sabah apararlar...Ne ise helelik aparmayiblar ve sen gedib simal-qerb bolgesinde elde etdiyin cennet-mekanlarda rahatliqla qocaligini kecire bilersen,amma seksekeni de elden verme...Bu dunyanin islerini bilmek olmaz.

Senan 2021-04-05 13:16:43

Xain xoflu olar.bu atalar misalıdır

Son yazılar